Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
10:53
1194

19
Sen
10:53



Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq

Xətai rayonu “NZS” qəsəbəsində 9 km-ə yaxın küçədə təmir işləri aparılaraq yekunlaşdırılıb. Hazırda isə “NZS” qəsəbəsinin əsas küçələrindən olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinə start verilib. Küçələrin ümumi uzunluğu 4.2 km təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Xeberoxu.Az verilən xəbərə görə, sözügedən küçələr “NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir. Buna görə küçələr boyu avtonəqliyyat vasitələrinin intensiv hərəkətini müşayiət etmək mümkündür. Uzun illər istismar olunmasına baxmayaraq, küçələrin təmir olunmaması nəticəsində yolun hərəkət hissəsində qabarma və çökmələr, tor şəkilli çatlar və dağılmalar əmələ gəlib. Bu isə gediş-gəlişə ciddi şəkildə maneə yaradırdı. Hazırda aparılan təmir işləri bu problemin aradan qaldırılmasına, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin olunması hesablanıb.

Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Bu üzdən sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə, onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur. Bu aşağıdakı küçələrdir:

Məzahir Rüstəmov küçəsi – 1.4 km;

Qaçaq Nəbi küçəsi – 0.7 km;

Əliağa Şıxlinski küçəsi – 1.9 km;

Oksigen küçəsi – 0.6 km;

Natiq Əliyev küçəsi – 0.15 km;

İzzət Orucov küçəsi – 0.4 km;

İnqlab İsmayılov küçəsi – 4 km;

Kamandar Əhmədov küçəsi – 0.15 km;

Abdulla Rəhimov küçəsi – 0.95 km;

Yavər Əliyev küçəsi – 0.6 km;

Zeytun sovxozuna gedən yol – 0.85 km.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az