Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
15:33
1638

19
Sen
15:33



Bakıda "avtoş", sərxoş və tabe olmayan sürücülərin həbsxana həyatına baxın - VİDEO

Dünən sosial şəbəkələrdə yol polisini ağır küçə söyüşləri ilə təhqir edən sürücü 15 gün müddətinə həbs edildi. Bu günə qədər bəlkə yüzlərlə avtoxuliqan, polisə tabe olmayan şəxs inzibati qaydada həbsə məhkum edilib. Avtomobili az qala insanların üzərinə sürən, polisin saxla əmrinə tabe olmayaraq şəhər küçələrində “qaçdı-tutdu” oynayan, saxlanılan zaman “əcəb eləyirəm deyərək” “xod gedən” gənclərin inzibati həbsdə nə düşündükləri, etdikləri əməllərdən peşiman olub-olmadıqlarını öyrənmək istədik. Avtosfer.az-ın çəkiliş qrupu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovla birlikdə İnzibati həbs olunanların saxlanılma məntəsində oldu.

Son bir ayda avtoxuliqanlıq edən, polisin qanuni tələbinə tabe olmayan, içkili vəziyyətdə avtomobil idarə edən sürücülərlə görüş keçirildi. Vaqif Əsədov hər bir sürücü ilə ayrı-ayrılıqda söhbətlər apardı. Onlara müxtəlif tövsiyələr verdi.

Sürücülərin hər biri etdikləri əməllərindən səmimi peşmanşılıq keçirirdilər. Söhbət zamanı bir sıra maraqlı anlar da yaşandı. Sürücülər Vaqif Əsədovun “bəlkə yol polisi ləğv olunsun siz də rahat hərəkət edəsiniz?” sualına “onda xaos olar, elə özümüz bir-birimizi yola vermərik” cavabını verdilər.

29 yaşlı Kamil Babayev "Reno" markalı, 99 AM 356 dövlət nömrə nişanlı avtomobili idarə edərkən saxlanılıb. Məlum olub ki, sürücü ayrı-ayrı nömrələrdən istifadə etməklə yol polisinin qanuni tələbinə dəfələrlə əməl etməyib. Sonuncu dəfə süni sıxlıq yaratmaqla onu saxlayıblar. Barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Kamil Babayev 30 gün müddətində inzibati qaydada həbs olunub.

Elşad Əliyevin 24 yaşı var. O, taksi sürücüsüdür. 99 AX 503 dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobil ilə Nəsimi rayon ərazisində saxlanılıb. O, polisə tabe olmadığına görə, həbs edilib. Sürücü deyir ki, tabesizlik göstərməsinə səbəb hadisə yerinə tələsməsi olub. Dediyinə görə, yaxın tanışlarından biri yol qəzasına düşüb, bu da həmin yerə tələsdiyi üçün yol polisinə tabe olmayıb. Sonradan məlum olub ki, bu deyilənlər həqiqətə uyğun deyil. Nəsimi rayon məhkəməsinin qərarı ilə taksi sürücüsü Elşad Əliyev 20 gün müddətində inzibati qaydada həbs olunub.

Əli Zeynalovun 28 yaşı var. 10 UP 140 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobil ilə metronun Memar Əcəmi stansiyası yaxınlığında, 20 yanvar, Şamaxinka ərazisində "1 manatlıq taksi" kimi fəaliyyət göstərir. Evlidir. 2 övladı var. 20 gün müddətində inzibati qaydada həbs olunub. O da polisə tabe olmamaqda günahlandırır.

Elmar Balışovun 25 yaşı var. Binəqədi rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Dediyinə görə işsiz qalmamaq üçün arada 2-3 saat taksi sürür. Xutor qəsəbəsində Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 99 AK 394 dövlət nömrə nişanlı avtomobil ilə polisə tabesizlik göstərib. Məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs olunub.

Rəşad Cəfərov isə 35 yaşındadır. 2 uşaq atasıdır. O, avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün saxlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati qaydada həbs olunub. Lakin onunla söhbət zamanı məlum oldu ki, Rəşad Cəfərov təkcə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün deyil, həm də tabesizlik göstərdiyi üçün cəzalandırılıb.

Dediyinə görə, 99 KX 131 dövlət nömrə nişanlı, BMW markalı avtomobil ilə şadlıq evindən çıxıb və bir müddət sonra YPX əməkdaşları tərəfindən saxlanılıb. Deyir ki, pulum yox idi ona görə, qaçmaq istədim. Maşını da vurdum. Əməlimdən peşimançılıq keçirirəm. Bir daha olmaz.

Sonuncu isə Elçin Qasımovdur. 99 EJ 756 dövlət nömrə nişanlı yük avtomobili idarə edir. Dediyinə görə, şirkətlərin birində sürücü işləyir və ayda 1000 manat maaş alır. Lakin məsuliyyətsizlik edərək yol polisinə tabe olmayıb. 1 uşaq atası olan Elçin məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub. O, ilk dəfə həbs olunduğunu və bir daha bura düşməyəcəyini bildirib.

Ümumilikdə 6 nəfərlə söhbət zamanı onlara yol hərəkəti qaydalarını pozmamaq izah olundu. Sürücülər həbs müddəti bitdikdən sonra bir daha eyni əmələ yol verməyəcəklərini bildirdilər. Görüşdən hazırlanmış maraqlı videomaterialı təqdim edirik:

 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az