Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
03:30
1294

20
Sen
03:30



Qurban Qurbanov: "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq"

"Məğlub olmaq istəmirdik. Bu cür rəqibə qarşı mübarizə aparmaq çətindir. Dinamik kollektivdir və topla sürətli davranırlar. Yenə də futbolçularıma təşəkkür edirəm. Belə komandaya qarşı oynamağı hər bir oyunçu gözləyir. Çünki, həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu matçlar çox olur. Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərə də təşəkkürümü bildirirəm".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya"ya uduzduqları (0:3) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, qrupun birinci tur matçlarından sonra fikirləri dəyişib: "Bu gündən sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz kollektiv yoxdur. Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq".

Qurbanov İspaniya və Azərbaycan futbolu arasındakı fərqdən danışıb: "Əlavə şərhə ehtiyac yoxdur. La Liqa ən çox izlədiyim çempionatdır. İlk qola kimi mübarizə apara bildik. Ondan sonra bəzi dəyişiklər etdik, önə çıxmaq istədik. Dərhal bundan yararlandılar. Bu, onların necə güclü çempionatdan gəldiyini göstərir".

Təcrübəli məşqçi Xayme Romeronun durumu barədə də danışıb: " "Neftçi" ilə matçda da onun xəstə olduğunu demişdim. Bu gün onun zədələnmə ehtimalı var idi. Ona görə əvəzlədik. Tarazlığı qorumaq üçün Dani Kintananı oyuna daxil etdim".

Mütəxəssis futbolçulardan razı qaldığını söyləyib: "Əsas hücumçumuz Mahir Emreli zədəli idi. Bütün imkanlarımızdan istifadə etdik. Bu isə hər dəfə alınmır".//Report

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.