Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
00:06
456

21
Sen
00:06



349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti keçiriləcək.

Xeberoxu.Az-ın məlumatına görə, stajkeçmə xidmətinin əsas məqsədi pedaqoji heyətin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, onların təkmilləşmə prosesinin təhlilini aparmaq, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, stajkeçmə xidmətindən istifadə edən hər bir müəllim üçün fərdi inkişaf planı tərtib etməkdən ibarətdir.

Stajkeçmə xidmətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllimin qatılması nəzərdə tutulur.

3 ay davam edəcək stajkeçmə xidməti 5 mərhələdən ibarətdir. Müəllimlərin iştirakı ilə fərdi və qrup görüşləri keçiriləcək və dərs müşahidələri aparılacaq.

Qeyd edək ki, stajkeçmə xidmətinə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilən İKT-dən istifadə üzrə təlimlərdə iştirak edən müəllimlər qatılacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az