Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
10:54
399

21
Sen
10:54



Aİİ-də Əhməd bəy Ağaoğlu ilə bağlı ikigünlük elmi konfrans yekunlaşıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini uğurla yekunlaşdırıb.

Xeberoxu.Az-ın məlumatına görə, bağlanış mərasimində Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yekun nitqi ilə çıxış edərək, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda keçirilən elmi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı imzaladığı Sərəncam böyük mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir.

Aİİ rəhbəri nəzərə çatdırıb ki, bu Sərəncama uyğun olaraq, Aİİ-də keçirilən elmi konfransda görkəmli şəxsiyyətin həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında, həmçinin “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsi və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən məruzələr dinlənilib.

C.Məmmədov Əhməd bəy Ağaoğlunun çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratdığını, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşdirilməsində diqqətəlayiq xidmətlər göstərdiyini bildirib.

Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram Əhməd bəy Ağaoğlunun təkcə Azərbaycan üçün deyil, eləcə də Türkiyə üçün önəmli şəxsiyyətlərdən biri olduğunu bildirib. Əhməd bəy Ağaoğlunun Türk Ocaqlarının yaradılmasında yaxından iştirak etdiyini bildirən C.Bayram qeyd edib ki, təşkilatın quruculuq fəaliyyəti də onun evində aparılıb.

Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirən C.Bayram konfransın işini yüksək dəyərləndirib. Vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi qarşılıqlı-faydalı əməkdaşlığa, mövcud tərcübələrin bölüşməsinə və paylaşılmasına böyük töhfə verir.

İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı Azərbaycan İlahiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda dinlənilən məqalələrin hər birini yüksək qiymətləndirib.

Türkiyənin Ankara Universitetinin professoru Abdullah Gündoğdu böyük mütəfəkkir Əhməd bəy Ağaoğluya həsr olunan konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, dahi mütəfəkkirin 150 illik yubileyinə həsr olunan bu konfrans onun həyat və yaradıcılığının daha dərindən araşdırılmasına səbəb olub.

Sonda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, konfransın materialları kitab şəkilində çap olunacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az