Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Sen
2019
12:45
1287

22
Sen
12:45



Güləşçilərimiz final görüşünə çıxır
Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına bu gün sərbəst güləşçilərin 4 çəki dərəcəsi üzrə final görüşləri ilə yekun vurulacaq.

Azərbaycan yığmasının iki üzvü final qarşılaşmasına çıxacaq.

Artıq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Şərif Şərifov (97 kq) rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayevlə üz-üzə gələcək.

Qeyri olimpiya çəkisində isə Cəbrayıl Həsənov (79 kq) ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.

Onlar ardıcıl ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər.

Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş finalda Deyk qalib gəlmişdi.

Dünya çempionatı

22 sentyabr

79 kq

FİNAL. Cəbrayıl Həsənov - Kayl Deyk (ABŞ)

97 kq

FİNAL. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya)

Qeyd edək ki, Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medal və 2 lisenziya ilə başa vuracaqları məlum olub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Şərifov həm də "Tokio-2020"yə lisenziya qazanıb.(Report)
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident Akif Əlizadəni təltif etdi







Məzahir Pənahova yeni müavin seçildi







İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az