Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Okt
2019
18:47
552

03
Okt
18:47



Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Azərbaycana gələcək

Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatı (UN), Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatı (APSCO), Türkiyənin TÜBİTAK UZAY mərkəzi və Türkiyə Kosmik Agentliyi tərəfindən beynəlxalq konfrans təşkil olunub. Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Hindistan, Pakistan, Sinqapur, İtaliya, Kanada, Çili, Peru və Türkiyənin bir çox nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov təmsil edib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, “Kosmik Hüquq və Siyasət” mövzusuna həsr olunmuş tədbirdə Kosmosun təhlükəsiz və sülh naminə istifadəsinin təşviqi, kosmik fəaliyyətlə əlaqədar milli qanun və siyasət çərçivələri, kosmik texnologiyaların tətbiqi ilə davamlı inkişafın təmin olunması, ətraf mühitin qorunması, təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın stimullaşdırılması yolları kimi mühüm məsələlər müzakirə edilib. Konfrans çərçivəsində professor Natiq Cavadov bir sıra dövlətlərin nümayəndələri ilə məhsuldar görüşlər keçirib. Həmin görüşlərdən birində Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım yaxın zamanda Azərbaycana səfər edəcəyini və Milli Aerokosmik Agentliyinin fəaliyyəti ilə əyani tanış olacağını bildirib.

Konfransın gedişi zamanı həmçinin, BMT-nin siyasət və hüquq məsələləri bölümünün sədri və xarici kosmik işlər üzrə rəhbəri Niklas Hedman, Sinqapur Aerokosmik Agentliyinin prezidenti Jonathan Hung, TÜBİTAK UZAY-ın idarə heyətinin sədri Lokman Kuzu, APSCO-nun baş direktor müavini Aziz Koru, ASELSAN-ın peyk yükləmə proqramları üzrə direktoru xanım Alime Özyıldırım, TÜRKSAT-ın peyk əməliyyatları üzrə vitse-prezidenti Hasan Hüseyin Ertokla qarşılıqlı əməkdaşlıq üzrə müzakirələr keçirilib, informasiya mübadiləsinin təşkilinin, müştərək tədqiqat işlərinin həyata keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az