Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Okt
2019
23:36
1432

03
Okt
23:36



“Qarabağ” Lüksemburqda hesabı açdı - YENİLƏNİB
 “Düdelanj” - “Qarabağ” matçında hesab açılıb. 11-ci dəqiqədə vurulmuş qolun müəllifi Abdellah Zubirdir.  23:02

Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” matçının start fiti səslənib. 

22:36

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda saat 23:00-da başlayacaq “Düdelanj” - “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

Xeberoxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Düdelanj”:

1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Stols, 16. Thibaut Lesquoy 20. Mikael Qaros, 22. Antoine Bernye, 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine 98. Loren Mendi.

Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kuls, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirç, 27. Adel Bettayeb, 28. Çarles Morren;

“Qarabağ”:

1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 8. Miçel, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 10. Dani Kintana, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye;

 

11:25

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. 

Xeberoxu.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburq çempionu “F91 Düdelanj”la üz-üzə gələcək. Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, “Qarabağ” ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”ya uduzubsa (0:3), “F91 Düdelanj” səfərdə Kipr APOEL-inə qalib gəlib – 4:3.

Bu görüşdə “Qarabağ”ın heyətində ispaniyalı futbolçu Xayme Romero oynamayacaq. Azərbaycan Premyer Liqasının V turunun “Zirə” ilə oyununda çiyin bağlarından biri qırıldığı üçün ölkəsinə göndərilmiş Xaymeni bu matçda həmyerlisi Dani Kintananın əvəzləyəcəyi gözlənilir. 

A qrupu
23:00 “F91 Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
23:00 “Sevilya” (İspaniya) – APOEL (Kipr)

Turnir cədvəli
Sevilya – 3
F91 Düdelanj – 3
APOEL – 0
Qarabağ – 0

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az