Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Okt
2019
04:00
387

06
Okt
04:00



Pompeo: Şimali Koreya ilə danışıqların irəlliyişi haqqında danışmaq çox tezdir

ABŞ dövlət katibi Maykl Pompeo, Stokholmda keçirilən Şimali Koreya ilə danışıqlarda irəliləyiş haqqında danışmaqın hələ çox tez olduğunu söyləyib.

Xeberoxu.Az-ın məlumatına görə, danışıqlarda böyük bir qrup və mütəxəssislər iştirak edir.

Pompeo Yunanıstanın xarici işlər naziri ilə danışıqlardan sonra Afinadakı mətbuat konfransında bunları bildirib: "Stokholmda Şimali Koreya ilə danışıqlarda hər hansı bir irəliləyiş haqqında danışmaq hələ çox tezdir. Ümid edirəm ki, Şimali Koreyanın prezidenti Kim Çen In və Donald Trampın razılaşmaları yerinə yetiriləcəkdir" deyə o qeyd edib.

Qeyd edək ki, KXDR-in xüsusi elçisi Kim Myung-Gil və ABŞ-ın rəhbərlik etdiyi KXDR nümayəndə heyətinin şənbə günü Stokholmda Hanoyadakı fevral sammitindən bəri ilk dəfə rəsmi işçi danışıqlarına başlayıblar. ABŞ nümayəndə heyətinə ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Bigan rəhbərlik edir.

Nümayəndə heyətləri danışıqlar yerinə Lidinya adasındakı "Elvis Strand" villasına gəliblər. Daha sonra şənbə günü İsveç xarici işlər naziri Ann Linde ABŞ və Şimali Koreya nümayəndələri arasında Stokholmda danışıqların başladığını təsdiqləyib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az