Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Okt
2019
12:25
429

09
Okt
12:25



İtaliyanın baş naziri ABŞ və Aİ arasında ticarət müharibəsinin qarşısını almağa çağırıb

İtaliyanın baş naziri Cüzeppe Konte Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsinin inkişafının qarşısını almağa çağırıb.

XeberOxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, C.Konte qeyd edib ki, Vaşinqtonun Avropa malları üçün yeni rüsum tətbiq edilməsi haqqında qərarı milli əmtəə istehsalçılarına ciddi ziyan vura bilər: "Biz etiraf etməliyik ki, Avropa malları üçün tətbiq edilən Amerika rüsumları "Made in Italy" məhsuluna ağır təsir göstərə bilər. Ona görə də biz iqtisadi maraqlarımızı qorumaq üçün maksimum qətiyyətlə və inamla işləyəcəyik. Biz bunu amerikalı müttəfiqlərimiz ilə danışıqlar və Aİ ilə əməkdaşlıq çərçivəsində edəcəyik".

Baş nazir vurğulayıb ki, ABŞ ilə danışıqlar Avropa sisteminin reallığını, həm də ayrı-ayrı ölkələrin milli maraqlarını nəzərə almalıdır: "Biz hamı üçün məhvedici ola biləcək ticarət müharibəsinin inkişafının qarşısını almalıyıq. Proteksionizmin artımı iki strateji tərəfdaş olan Aİ və ABŞ arasında münasibətlərin ən arzuolunmayan yoldur".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az