Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
09:55
273

10
Okt
09:55



Azərbaycanla ABŞ arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Xarici işlər nazirinin müavini Nadir Hüseynov ölkəmizdə işgüzar səfərdə olan ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin Direktor müavini Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, görüşdə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Earle Litzenberger və Azərbaycan Xarici İşlər Nazirliyinin Konsuluq İdarəsinin rəisi, səfir Faiq Bağırov iştirak edib.

Görüş zamanı iki ölkə arasında mövcud siyasi, humanitar və digər sahələrdə münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb, qanuni miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

N.Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az