Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



01 Avq
2020
14:52
6014
01
Avq
14:52



Bərdədə istismara yararsız dayaq və naqillər, transformator məntəqələri yenisi ilə əvəzlənir (FOTO/VİDEO)

İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Bərdə Elektirk Şəbəkisinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir.

"Azərişıq" ASC-dən XeberOxu.Az-a  bildirilib ki, əhalisinin əksəriyyəti maldarlıq və əkin işi ilə məşğul olan Bərdənin Mehdili kəndinin elektrik enerjisi təsərüffatı 60-cı illərin əvvəllərində qurulub və son illər istifadəyə yararsız vəziyyətə düşüb.1500-dən çox sakinin yaşadığı kənddə elektrik enerjisi itkisi 30-35% olub. “Azərişıq” ASC Mehdilidə elektrik enerji təchizatını indi tamamilə yenidən qurur. İstismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur.

Bərdə rayonunda Yenidaş kənd ərazisində 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyası yenidən qurulur. Yarımstansiya 7 mindən çox sakinin yaşadığı 8 kəndi kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edəcək. 7,5 MVA gücündə transformator quraşdırılan Yarmstansiyadan 3 ədəd 10 kV-luq hava elektrik verilişi xətti çıxır. Yenidən qurulan yarımstansiya həmçinin 100-dən çox su artezian quyusuna da elektrik enerjisi verir. Kəndlərin suya olan təlabatını ödəmək üçün bu yarımstansiya müstəsna rola malikdir. Açıq tipli yarımstansiya tkinti işləri tam başa çatdıqdan sonra qapalı şəraitdə fəaliyyətini davam etdirəcək.

 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.