Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
20:00
180



Bilik Fondu Tovuzdakı lisey və kollecdə görüşlər təşkil edib

Bilik Fondu “İl boyu bilik” proqramı üzrə Tovuz şəhər N.Tusi adına Təbiət və texniki fənlər təmayüllü məktəb-lisey və Tovuz Dövlət Sosial İqtisad Kollecində şagird, tələbə, müəllim kollektivinin iştirakı ilə tədbirlər təşkil edib.

Fonddan XeberOxu.Az-a verilən məlumata görə, ilk tədbir məktəb-liseydə gerçəkləşib. Təhsil ocağının direktoru Valeh Əhmədov giriş nitqində dövlətin yürütdüyü gənclər siyasəti barədə danışaraq, müasir dünyanın tələblərinə cavab verəcək səviyyədə təhsil almağın vacibliyini şagirdlərin diqqətinə çatdırıb.

Fondun yerli nümayəndəsi Namiq Əliyev bölgədə yaşayan sakinlərin irəli sürdüyü sosial sifarişlər əsasında rayonun digər müəssisə və təşkilatlarında da mütəmadi tədbirlərin təşkilinə dəstək verməyə hazır olduqlarını deyib. Bildirib ki, maarifləndirici tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.

Tədbirdə Fondun məsləhətçisi Sevinc Babayeva “Bilik Fondunun maarifçilik fəaliyyəti” mövzusunda mühazirə ilə çıxış edib.

Kollecdə keçirilən tədbiri təhsil müəssisəsinin tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova açaraq, ölkəmizdə dövlət gənclər siyasətinin Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, hazırda bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Kollecin Tələbə Gənclər Təşkilatının sədri Xəyal Əhmədov Bilik Fondunun fəaliyyətini yaxından izlədiklərini deyib, layihələrə daha yaxından cəlb olunmaq arzularını dilə gətirib.

Fondun məsləhətçisi S.Babayeva mühazirəsində təmsil etdiyi qurumun Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, auditoriyaya Fondun fəaliyyətini əks etdirən videoçarx təqdim edilib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]