XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



10 Iyun
2021
17:32
523
10
Iyun
17:32



Binəqədidə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb- FOTO

“Azərsu” ASC su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə Bakının Binəqədi rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində yerləşən 3 çoxmənzilli yaşayış binasında sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, yeni tikilmiş yaşayış binalarının heç birinin su təchizatı xidmətindən istifadəyə görə texniki şərti mövcud deyil. Binaların su təchizatı yaxınlıqdakı şəbəkəyə edilmiş qanunsuz qoşulma ilə aparılıb. Belə ki şəbəkədən götürülən su binaların qarşısında quraşdırılmış çənlərə doldurularaq məzillərə vurulur.

Cavadxan küçəsi, Pitomnik bağı kimi tanınan ərazidə isə bağın sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə suvarıldığı aşkarlanıb.

Binəqədi rayonunda ən çox su itkisi Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yaranır. Burada vətəndaşlar tərəfindən tikinti normalarına uyğun olmayan fərdi su xətlər çəkilib. Sayğac quraşdırılmadığından su sərfiyyatı ailə üzvlərinin sayına görə hesablanır. Su itkilərini ölçmək üçün bu yataqxanaların hər birinə balans sayğacları quraşdırılıb.

Biləcəri qəsəbəsi, yeni yaşayış massivi adlanan ərazidə fərdi evlərin bir qismində sayğaclarının olmasına baxmayaraq, sakinlər yaxınlıqdan keçən magistral xətdən qanunsuz əlavə su xətti çəkiblər. O da məlum olub ki, bu işi təşkil edən bir qrup şəxs magistral xətt üzərində qanunsuz su kollektoru quraşdıraraq buradan qonşulara əlavə çıxışlar verirmiş.

Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönləndirilib. Bununla yanaşı, vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb.

Vətəndaşları və sahibkarkları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

2021-ci ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 7 682, Binəqədi rayonu üzrə isə 781 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 055 min kubmetr, Binəqədi rayonu üzrə isə 225 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








FHN Gəncədə yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb








Biləsuvar sakini iş yoldaşını qətlə yetirib








Nərimanovda gənc qız yol qəzasında yaralandı








Qubada 85 yaşlı qadın yanaraq ölüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.