XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



30 Iyul
2021
15:35
1513
30
Iyul
15:35



Bahar Muradova: "Türkiyəyə qarşı belə əməllər törədənlər niyyətlərinə çata bilməyəcəklər"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşü keçirilib.

Xeberoxu.Az xəbər verir ki, Bahar Muradova səfiri Azərbaycandakı təyinatı münasibətilə təbrik edərək, Türkiyə-Azərbaycan münasibətləri, ortaq hədəf və maraqları naminə fəaliyyətində uğurlar arzu edib.

Komitə sədri son günlərdə Türkiyədə baş verən genişmiqyaslı yanğın hadisəsi ilə bağlı üzüntüsünü ifadə edərək həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, qardaş ölkəyə qarşı yönələn qara əllərin hələ də sakit durmamasının narahatlıq doğurduğunu vurğulayaraq, bu cür əməlləri törədənlərin qətiyyən hədəflərinə çata bilməyəcəklərini, Türkiyənin tarixən ən ağır sınaqlardan alnıaçıq və qalib çıxan bir dövləti kimi bunun da öhdəsindən layiqincə gələcəyindən əminliyini qeyd edib.

B.Muradova hər zaman olduğu kimi bu gün də Azərbaycanın Türkiyənin yanında olduğunu, müvafiq dəstəyi göstərdiyini və xalqımızın hər bir nümayəndəsinin bu məsələyə öz münasibətini bildirərək ürək ağrısı ilə “Türkiyə yanırsa, bizim də qəlbimiz yanır” şüarlarını səsləndirmələrinin ölkələr arasında dostluq əlaqələrinin gücünü bir daha ortaya qoyduğunu diqqətə çatdırıb.

Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif səviyyələrdə yüksələn xəttlə inkişaf etdiyini bildirən Komitə sədri bildirib ki, xüsusilə səfirlik vasitəsilə bu əlaqələrin genişlənməsinə verilən töhfəni yüksək qiymətləndiririk. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədə Türkiyənin mənəvi və digər istiqamətlərdə dəstəyinin rolunu qeyd edən B.Muradova onu da əlavə edib ki, bundan sonra ölkələrarası münasibət daha yüksək mərhələyə qədəm qoydu və regionda ictimai-siyasi vəziyyət yeni bir müstəviyə çıxıb.

Şuşa Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulayan Komitə rəsmisi bu mühüm sənədin üzərimizə vacib öhdəliklər qoyduğunu bildirərək, hökumətlərimiz, ayrı-ayrı qurumlarımız və cəmiyyətlərimiz arasında münasibətlərə öz yeni təsirini göstərdiyini, bundan irəli gələn vəzifələri müxtəlif səviyyələrdə müzakirə edərək qarşıdakı hədəflərə doğru birgə addımlamağın vacibliyini qeyd edib.

Bu yaxınlarda Türkiyə AK Parti ilə Yeni Azərbaycan Partiyasının yüksək səviyyəli görüşünə diqqət çəkən B.Muradova bildirib ki, bu səfər də partiyalararası əlaqələrin inkişafına təkan verəcək və hökumətlərarası strateji tələblərdən irəli gələn vəziyyətə uyğun fəaliyyətimizi qurmağa töhfə verəcəkdir.

O, eyni zamanda üçtərəfli Bakı Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyətini də qeyd edərək, bu sənədin buna qədərki ölkələrarası münasibətlərin davamı kimi qiymətləndirildiyini vurğulayıb: “Tarixən babalarımızın başlatdığı həmrəylik bu gün öz hədəflərinə çatmaqdadır. Ən əsası bu gün Türkiyə-Azərbaycan birliyinin və gücünün həm region, həm də dünyada yeni bir düzən formalaşmasına töhfə verdiyini vurğulamaq lazımdır. Artıq ölkələrimiz müxtəlif dairələr tərəfindən davamlı təzyiqlərə məruz qalan ölkələr kimi deyil, əksinə bütün dünyaya yeni qaydalar üçün diqtələr edən dövlətlər kimi tanınır.”

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında öncə Qarabağ zəfəri ilə bağlı təbriklərini səsləndirərək, Türkiyənin ilk dəqiqələrdən etibarən Azərbaycanın haqlı davasında yanında olduğunu və son dərəcə böyük siyasi və mənəvi dəstəyini nümayiş etdirdiyini bildirib. O, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tək bir vəsiyyəti kimi Qarabağın işğaldan azad olmasının Azərbaycanın güclü xalqı, qəhrəman ordusu, vəsiyyəti təslim alan qətiyyətli Prezidenti İlhan Əliyev tərəfindən uğurla yerinə yetirildiyini vurğulayıb.

Türkiyə-Azərbaycan münasibətlərinin gün keçdikcə gücləndiyini qeyd edən səfir bildirib ki, öhdəmizə düşən vəzifə bu diplomatik körpünü daim sağlam bir şəkildə yaşatmaqdır. Azərbaycanın təşəbbüsü ilə başladılan üçlü Türkiyə-Pakistan-Azərbaycan parlamentlərarası dialoq platformasının nəticəsi olaraq Bakı Bəyannaməsinin imzalanması əhəmiyyətlidir. Biz bu qardaşlığı sadəcə dildə deyil, həm də mexanizmlər vasitəsilə də işlək hala gətirməliyik.

Türkiyədə baş verən yanğın hadisəsi ilə bağlı dəstək göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirən C.Bağçı Azərbaycan dövlətinin və xalqının ilk dəqiqələrdən etibarən Türkiyənin acısını paylaşayaraq, dəstəklərini ifadə etmələrinin bir daha ölkələrimiz arasındakı dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib.

Səfir çıxışında Azərbaycanda qadının statusu, ona verilən dəyər, qadınların təhsildə, sənətdə, gündəlik həyatda rolunun son dərəcə böyük olduğunu xüsusi qeyd edərək, bu sahədə təcrübənin çox yüksək olduğunu vurğulayıb və ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkib. O, müəyyən imkanlar daxilində qadın və uşaq məsələləri ilə bağlı, xüsusilə də şəhid və qazi ailələrindən olan uşaqlara yönəlik layihələrə hər zaman dəstək göstərməyə hazır olduqlarını ifadə edib.

Görüş zamanı tərəflər bir-birilərinə simvolik hədiyyə təqdim ediblər.

Sonda xatirə fotosu çəkilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.