XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



30 Iyul
2021
18:13
1573
30
Iyul
18:13



Dövlət Maliyyə Nəzarəti Xidməti I yarımil üzrə aparılan yoxlamalara dair hesabat yayıb

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ilin I yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumat açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı tərəfindən 2021-ci ilin I yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 1 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonlarda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri ilə aşkar olunan 693,5 min manat məbləğində artıq və əsassız ödənişlərin 173,2 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib, bir halda 2021-ci və 2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin 322,5 min manat məbləğində hissəsi azaldılaraq xərclənməsinin qarşısı alınıb.

Hesabat dövründə Xidmətin əməkdaşları tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda aparılan yoxlamalarla aşkar olunan 24.625,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 1303,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi və artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi məqsədilə aparılmış nəzarət tədbirlərinin nəticələrinə dair tərtib edilmiş sənədlər aidiyyəti üzrə göndərilib.

Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları tərəfindən 6 qurumda zəruri araşdırmalar aparılıb, cəmi 43,9 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 76 nəfər vəzifəli şəxsə 54,4 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Ümumilikdə, 2021-ci ilin I yarısında aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 25.363,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1.477,4 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.