XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



30 Iyul
2021
19:00
1546
30
Iyul
19:00



Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Diaspor Komitəsində olub

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı Diasporla İş üzrə Dövlət Komitəsinə nəzakət ziyarəti edib və Komitə sədri Fuad Muradovla görüşüb.

Komitədən bildirilib ki, komitə sədri Türkiyədə baş verən yanğınlarla bağlı təəssüfləndiyini, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib və iki qardaş ölkənin dostluq münasibətlərinin bütün dünuya üçün nümunəyə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı Şuşa bəyannaməsinin xüsusi əhəmiyyətini, bu sənədin diasporlarımız üçün Yol xəritəsi olduğunu qeyd edən F.Muradov Komitənin fəaliyyətindən, Türkiyə və Azərbaycan diasporlarının iş birliyindən, Yurddışı Türklər və Əqraba Topluluqları İdarəsi ilə əməkdaşlıqdan danışıb, qardaş ölkədəki Azərbaycan təşkilatları və dərnəkləri barədə ətraflı məlumat verib.

Səfir Cahid Bağcı səmimi qəbula görə minnətdarlığını bildirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib, diasporlarımızın iş birliyinin zəruriliyini nəzərə çatdırıb.

Görüşdə diasporlarımızın beynəlxalq platformalarda birgə fəaliyyətinin vacibliyi, daha peşəkar vasitələrlə yumşaq gücə çevrilməsinin əhəmiyyəti haqda fikir mübadiləsi aparılıb.

Sonda səfirə xatirə hədiyyələri təqdim olunub.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.