XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



31 Iyul
2021
18:18
2743
31
Iyul
18:18



“Marş İrəli” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

Xalqımızın və Ordumuzun Vətən müharibəsindəki möhtəşəm qələbəsindən sonra da Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələri daha da genişlənir. İstər hökumət, istərsə də qeyri-hökumət təşkilatlarının gənclərin orduya hazırlanması, hərbi peşələrə həvəsləndirilməsi, milli-mənəvi dəyərlər və hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirmək istədikləri hər bir layihə Müdafiə Nazirliyi tərəfindən dəstəklənir və lazmi köməkliklər göstərilir.

Bu barədə Xeberoxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Son aylarda paytaxt Bakıda və respublikamızın bir çox regionlarında yüzlərlə gənci əhatə edən onlarla layihə reallaşıb.

“İrəli” İctimai Birliyinin Azərbaycan gənclərində hərbi vətənpərvərlik ruhunun, Vətənə sədaqət hissinin daha da gücləndirilməsi, onların fiziki sağlamlıqlarının artırılması, geniş dünyagörüşlü, müasir düşüncəli və rəqabətə davamlı gənclərin yetişməsinə xidmət edən layihələri həmişə olduğu kimi bu il də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən təqdirəlayiq təşəbbüs kimi qiymətləndirilib.

Artıq bir neçə gündür ki, yüzə yaxın gənc Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda, hazırda azad edilmiş Kəlbəcərə dislokasiya olunan hərbi hissənin bölmələrindən birinin vaxtilə yerləşdiyi ərazidə “İrəli” İctimai Birliyinin təşkil etdiyi düşərgəyə cəlb edilərək “Marş İrəli” layihəsi çərçivəsində silsilə tədbirlərdə iştirak edir.

Açıq hava şəraitində, düşərgə formatında hərbi simulyasiya xarakterli layihənin proqramına uyğun olaraq Azərbaycan Ordusunun peşəkar hərbi qulluqçuları da gənclərin ilk hərbi vərdişlərə yiyələnməsi, silahlarla davranış qaydaları, ilk tibbi yardımın göstərilməsi və ekstremal şəraitdə qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi məqsədilə məşğələlər keçirir, praktiki təlimlər təşkil edirlər.

Layihə təşkilatçılarının dəvəti ilə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti düşərgənin qonağı olublar.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, işğal edilmiş tarixi torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra A.Qurbani Azərbaycan Ordusunun 103 illik tarixi barədə ətraflı məlumat verib, ordu quruculuğunun aktual məsələlərindən danışıb, ulu öndər Heydər Əliyevin 50 il öncə yaratdığı indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin xalqımızın, dövlətimizin və ordumuzun həyatında oynadığı mühüm əhəmiyyətli rolundan bəhs edib.

Azərbaycanın Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində tarixi qələbəsi barədə ətraflı məlumat verilib və bu qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin gücünün, Ordumuzun rəşadət və şücaətinin, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, dəmir yumruğunun qələbəsi olduğunu düşərgə iştirakçılarının nəzərinə çatdırıb.

Gənclər 1994-cü ildə Ulu Öndərimizin xeyir-duası ilə bu bölgəyə göndərilən hərbi hissənin ilk könüllü döyüşçülərindən olan A.Qurbaninin xatirələrini maraqla dinləyib və onun “Murovun qəm karvanı”, “Vətən bizə arxalanır” və “Ana, Murovdan gəlirəm” kitablarının qəhrəmanları haqqında məlumatları müəllifin öz dilindən eşidiblər.

Əməkdar artist Cahangir Qurbanov, solistlərdən Nigar Rəhimova, Elçin Məmmədov, Səbinə Qasımova və Mətləb Ağayevin ifa etdikləri vətənpərvərlik mahnıları, milli rəqslər alqışlarla qarşılanıb.

Düşərgənin fəaliyyətində yaxından iştirak edən gənclərdən bir qrupuna Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri”, “Ordu gəncləri böyük qüvvədir”, “Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi” və “Azərbaycan yalnız deyil” adlı kitabların nüsxələri hədiyyə edilib.

“İrəli” İctimai Birliyi – İdarə Heyətinin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı Ağdam, Goranboy rayonlarında vaxtilə təşkil edilən düşərgələrdə olduğu kimi Göygöl rayonunda reallaşan builki layihədə də Müdafiə Nazirliyinin dəstəyini xüsusi qeyd edib.

Tədbir əyləncəli proqramla başa çatıb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Hərbi xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.