XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



31 Avq
2021
23:55
1090
31
Avq
23:55



BMT 23 ölkədə aclıq fəlakəti ilə bağlı xəbərdarlıq edib

BMT-nin strukturları tərəfindən hazırlanan son hesabatda dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edilib.

Xeberoxu.Az xəbər verir ki, hesabatda Efiopiyanın Tiqray bölgəsində 401 min nəfərin aclıqla üzləşdiyi, bunun isə 2011-ci ildə Somalidə baş verən fəlakətdən də dəhşətli olduğu qeyd edilib. Bundan başqa, Madaqaskarın cənub bölgəsi, Yəmən, Cənubi Sudan və Şimali Nigeriyada kəskin ərzaq qıtlığı yaranıb. Bu ölkələrdə aclığın əsas səbəbi quraqlıqdır. BMT-nin ekspertləri qeyd ediblər ki, ötən il planetdə 155 milyon insan aclıq fəlakəti ilə üzləşib, cari ildə isə bu rəqəm daha da artacaq. Artımın əsas səbəbi COVID-19 pandemiyası, silahlı münaqişələr, quraqlıq və bu ölkələrdə yarıtmaz idarəçilikdir.

Hesabatda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Burkina Faso, Konqo, Haiti, Honduras, Sudan və Suriyada da aclıq təhlükəsi olduğu bildirilib. BMT-nin Dünya Ərzaq Proqramı Əfqanıstanda ilin sonunadək 3,5 milyon insanın aclıq və yoluxucu xəstəliklərdən həyatını itirəcəyi barədə proqnoz verib. ABŞ və NATO qoşunlarının bu ölkəni tərk etməsindən sonra humanitar fəlakət dözülməz həddə çatıb.


Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.