Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
14:45
915

08
Iyul
14:45



BirKart-dan Facebook Messenger istifadəçilərinə yarışma!

Kapital Bank BirKart-ın Facebook səhifəsində yeni yarışmaya start verir. 8-18 iyul tarixlərində baş tutan müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçiriləcək.

Yarışmaya qatılmaq üçün qeyd olunan tarix aralığında BirKart-ın Facebook səhifəsinin Mesencerində "Yarışa başla" yazmaq kifayətdir. Müsabiqənin şərtlərinə görə bot vasitəsilə müştərilərə növbəylə 10 sual veriləcək, 8 və daha çox sualı düzgün cavablandıran müştərilər qalib olmaq şansı əldə edirlər. 5 qalib 19 iyul tarixində BirKart-ın Facebook səhifəsində canlı yayımda təsadüf üsulu ilə seçiləcək və onlara Kapital Bank-a məxsus BirKart Miles debet kartı hədiyyə olunacaq.

Qeyd edək ki, “Aican” mesencer-botu 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az