Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
17:56
246



Bu il ipoteka kreditlərinin həcmi 40 faiz artıb

2006-cı ildən etibarən İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 minə çatıb.

Fonddan XeberOxu.Az-a verilən məlumata görə, bu il ipoteka kreditlərinin verilmə prosesi sürətlənib, noyabrın sonunadək müvəkkil banklar tərəfindən 241,7 mln manat həcmində 3.528 (adi kreditlər – 2.428 kredit üzrə 172,46 mln. manat, güzəştli kreditlər – 1.100 kredit üzrə 69,24 mln.manat) ipoteka krediti verilib. Ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 69 mln.manat və ya 40 faiz artıb. Belə ki, ötən ilin anoloji dövründə 172,7 mln. manat həcmində 2.687 kredit rəsmiləşdirilib.

Bu il ipoteka kreditləri vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də həyata keçirilib. Noyabrın sonuna qədər artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 mln.manat məbləğində güzəştli, 13 şəxsə isə 450 min manat məbləğində isə adi ipoteka kreditləri verilib.

Fond tərəfindən ipoteka kreditlərindən faydalana biləcək şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə yeni ipoteka məhsullarının tətbiqi sahəsində hazırda müvafiq beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyəti tədbirlərin görülməsi davam etdirilir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]