Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
21:38
204



Bu il sağlamlıq imkanları məhdud uşaqları olan 100-dək ailə üçün kiçik təsərrüfatlar yaradılıb

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların ailələrinin dəstəklənməsi tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində də davam etdirilir.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında digər həssas qruplara (əlilliyi olanlar, şəhid ailəsi üzvləri, məcburi köçkünlər və b.) aid vətəndaşlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə də üstünlük verilir. 2018-ci ildə proqrama cəlb olunanlardan bir hissəsini də məhz bu kateqoriyalardan olan şəxslər təşkil edib.

Digər proqram iştirakçıları kimi onların da proqram çərçivəsində mal və materiallarla təminatı həyata keçirilir. Proqrama cəlb olunmuş və sağlamlıq imkanları məhdud uşaqları olan 100-dək ailənin verilmiş mal və materiallar hesabına kiçik təsərrüfatları yaradılıb. Bu proses davam edir və ilin sonunadək daha bir qrup belə ailənin özünüməşğulluq proqramı üzrə mal və materiallarla təmin edilməsi nəzərdə tutulur.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]