Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
14:34
900

08
Iyul
14:34



Bu ilin 6 ayı ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 469 işə baxılıb

2019-cu ilin I yarısında Energetika Nazirliyində inzibati xətalarla bağlı 469 işə baxılıb.

Nazirlikdən XeberOxu.az-a verilən məlumata görə, bunlardan 435-i təbii qaz, 34-ü isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 121 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Nazirlik tərəfindən Beyləqan, Şəmkir, Gədəbəy, Quba, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 128 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 19 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 167 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

6 ay ərzində Mingəçevir, İmişli, Şabran, Lənkəran, Qəbələ, Ağdaş, Ucar, Qazax və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 17 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 12 iş üzrə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 3 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.

Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az