Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
11:49
1033
20
Noy
11:49



Buğdanın yeni keyfiyyət standartı təsdiq olunub

Əhalinin sağlam və keyfiyyətli un-çörək məhsulları ilə təmin edilməsi üçün xammalın keyfiyyətinin artırılmasına nəzarəti həyata keçirəcək yeni, sərtləşdirilmiş tələbləri ehtiva edən AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, yeni standart keyfiyyətli buğdanın tədarükü (saxlanma) prosesinə nəzarəti də təmin edəcək.

Dövlət standartı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb.

Buğdanın əsas keyfiyyət göstəriciləri (natura, qlüten miqdarı, düşmə ədədi, zülal və s.) unun keyfiyyət göstəricilərinə təsir edən əsas faktordur. Yeni standarta görə 1, 2 və 3-cü sinif ərzaqlıq buğda, eləcə də 4 və 5-ci sinif aşağı keyfiyyətli buğdanın keyfiyyət və təhlükəsizlik tələbləri sərtləşdirilib. 1, 2 və 3-cü sinif buğdaları çörək istehsalında istifadə olunur. 4-cü sinif buğda keyfiyyət göstəricilərinə görə birbaşa un və çörək istehsalına yaramır. Zəif buğda olduğundan daha bahalı buğda növlərinin qatılması ilə çörəkbişirmə üçün yararlı hala gətirilir. 5-ci sinif buğda isə keyfiyyət göstəricilərinə görə qida üçün tam yararsız buğda sayılır və əsasən heyvandarlıq, quşçuluq və digər sahələrdə istifadə edilir.

Standart layihəsinin müzakirəsində Kənd Təsərrufatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq, Avropa və regional standartlar əsasında hazırlanıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







“Vətəndən pay olmur” deyib, ömründən pay verən şəhidimizin qəhrəmanlıq hekayəsi - VİDEO







Ürəyinin üstündəki telefonu düşmən gülləsinə sipər olan qazimiz danışdı - VİDEO







Vətən uğrunda canından keçən daha bir qəhrəmanımız - VİDEO







Əsgərin sevdiyi qızın anasına müraciəti -VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.