07 Apr 2021
15:44
![]() |
07
Apr 15:44
![]() Cavid Osmanov seçiciləri ilə növbəti qəbul keçirdi - FOTOLAR Ağdaşlı seçiciləri ilə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan millət vəkili Cavid Osmanov növbəti vətəndaş qəbulu keçirib. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasında keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib. Qəbulda olan seçicilərin müraciətləri qeydə alınıb, bəzi məsələlər yerindəcə həll edilib, vətəndaşlara müvafiq izahat verilib. Millət vəkili səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirərək qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib. Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gördükləri işlər barədə məlumatlar verib, onlara ölkədə aparılan vaksinasiya proseesində yaxından iştirak etmələri tövsiyə olunub. Qəbulda iştirak edən Ağdaş sakinləri görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Prokurorluq: Ağdamda mina partlayışı ilə bağlı araşdırma aparılır
Xızıda “Qrad” mərmisi aşkarlandı
Ağdamda qoyun otaran sakin minaya düşüb
Bakıda yanğın olub, iki nəfər zəhərlənib
|
|