29 Iyun
2020
21:30
2101

29
Iyun
21:30



Cəlilabadda “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib.

XeberOxu.Az-ın məlumatına görə,  Ombudsman Aparatından Trend-ə bildirilib ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bildirib ki, narkomaniya bu gün bəşəriyyəti düşündürən, narahat edən, cəmiyyətin ciddi bəlasına çevrilən və digər ağır nəticələrə gətirib çıxaran böyük təhlükə mənbəyidir. Z.İsmayılov vurğulayıb ki, BMT Baş Assambleyası 1987-ci ildə narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədilə 26 iyun tarixini Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü elan edib. Diqqətə çatdırılıb ki, ölkəmiz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı beynəlxalq müqavilələrə qoşulub, öz milli qanunvericiliyini beynəlxalq sənədlərə uyğun təkmilləşdirib.

Qeyd olunub ki, Azərbaycan Ombudsmanının fəaliyyətində də narkomaniyaya qarşı mübarizə, İİV/QİÇS-dən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinə geniş yer verilir.

Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və 2019-cu il “İlin gənc müəllimi” nominasiyasının qalibi Elçin Abbasov videokonfansda çıxış edərək narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd ediblər.

Videokonfransda interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq







Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi







Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ







Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.