XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



29 Sen
2022
15:09
1094
29
Sen
15:09



Buta Supply Şirkətinin təşəbbüsü ilə Zəngilan rayonunda 3000-ə yaxın ağac əkilib

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda 44 günlük Vətən Müharibəsinin başlamasının 2-ci ildönümü və vətən torpağını düşməndən qəhramancasına təmziləyərkən canlarını fəda etmiş şəhidlərimizin anılması məqsədi ilə 27 Sentyabr 2022-cü il tarixində mərasim baş tutub. Mərasimdə “Buta Supply” şirkətinin təşəbbüsü ilə 3000-ə yaxın ağac əkilmiş və tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Vahid Hacıyev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) sədri cənab Ülvi Mehdiyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və “Buta Supply” şirkətinin əməkdaşları iştirak edib.

Ağacəkmə kampaniyasında sərv, zeytun, eldar şamı və digər növ ağaclar olmaqla, ümumilikdə 3000-ə yaxın ağac əkilib.

“Buta Supply” şirkətindən verilən məlumata görə bu kampaniyanın məqsədi 30 il ərzində vandalizmə məruz qalmış torpaqlarımızda ekoloji tarazlığın bərpa edilməsi, azad edilmiş torpaqlarımızda dövlətimiz tərəfindən aparılan yenidənqurma işlərinə dəstəyimizin ifadə edilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsindən ibarətdir. Şirkət gələcəkdə də bu cür sosial layihələri davamlı şəkildə keçirməyi hədəfləyir.

Qeyd edək ki Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il ölkəmizdə 27 Sentyabr Anım Günü keçirilməsi qərara alınmışdır. Buta Supply Şirkəti də Anım Günündə öz sosial məsuliyyət missiyasını yerinə yetirir və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması məqsədi ilə həyatlarını itirmiş şəhidlərimizə Allahdan rəhmət, qəhrəman qazilərimizə isə can sağlığı arzu edir.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İqtisadiyyat xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.