XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



01 Okt
2022
16:32
475
01
Okt
16:32



“Heydər Əliyev İli” milyonların arzusudur" - DEPUTAT

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində əbədi qalacaq şəxsiyyət, xalqımızın qəlbində daim yaşayacaq dahi insan, müstəqil Azərbaycan dövlətinin yaşamasında, inkişafında müstəsna xidmətləri olan Liderdir. Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir.

Ümummilli liderin ötən əsrin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Azərbaycan Sovet İttifaqında qabaqcıl sənaye, kənd təsərrüfatı və digər sahələrin fundamental inkişaf etdiyi respublikaya çevrildi. Heydər Əliyev uzaqgörənliklə və planlı şəkildə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Qazanılan bu uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün Ulu Öndər unikal layihələrin icrasını təmin etdi.

Düzdür, Sivet İttifaqının dağılması bəzi qrupların hakimiyyəti zorla ələ keçirməsinə şərait yaratdı və həmin səriştəsiz insanların fəaliyyəti, uğursuz siyasəti nəticəsində dövlətçiliyimiz sual altına düşdü. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər nəticəsində Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında artıq vətəndaş müharibəsi başlamışdı. Belə bir ağır məqamda xalq yenə ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağladı. Xalq öz seçimində yanılmadı. Çünki təcrübəli dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qardaş qırğınından, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edəcək yeganə şəxs idi. Ulu Öndər Azərbaycanı dirçəliş, inkişaf yoluna çıxardı və ölkəmizi parçalamaq istəyənlərin niyyətlərini ürəklərində qoydu.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. 

Tarixi şəxsiyyət Heydər Əliyev hər zaman elm və təhsilə böyük önəm verib, bu sahəyə xüsusi diqqət və qayğı göstərib. Azərbaycan dilinin idarəçiliklə geniş tətbiqi, böyük klassiklərin yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında təbliğ olunması Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin təməlində dayanan siyasət olduğunu açıq şəkildə görmək olar. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Ulu Öndər Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Heydər Əliyev siyasəti bu gün ölkəmizi uğurlu gələcəyə doğru aparır. Ulu Öndər özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edən, xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev kimi  davamçı-varis yetişdirib. Məhz 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Əminliklə demək olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir. 

1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı özprinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edəcəkdir. Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq olar. Çünki Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir, sonsuzdur. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq.

Aydın Hüseynov,
Milli Məclisin deputatı


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Siyasət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.