13 Yan 2021
14:54
![]() |
13
Yan 14:54
![]() Cənubi Qafqazda əlaqələrin bərpa olunması yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması barədə əldə olunan razılaşma bütün Cənubi Qafqaz regionuna iqtisadi səmərə verəcək. Bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bu, regionda yeni nəqliyyat-logistika məkanının istifadəsinə və yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq. Üçtərəfli görüçün yekunları barədə danışan deputat bildirib ki, yolların açılması hamıdan çox Ermənistanı maraqlandırmalıdır: "Ölkələr arasında razılaşma Ermənistan iqtisadiyyatına və onun xalqının rifahına müsbət təsir göstərəcək". R.Quliyev xatırladıb ki, Azərbaycanla Naxçıvan MR arasında logistika hava yolu ilə və İran ərazisindən reallaşdırılır, amma bundan sonra birbaşa yol tikiləcək və Türkiyəyə də birbaşa çıxış əldə olunacaq: "Azərbaycan artıq trans-kontinental dəmir yollarını inşa edib, azad edilmiş ərazilərdə dəmiryol şəbəkəsi bu sistemə inteqrasiya oluna bilər". ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -Video
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
|