XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

22 Sen
2022
17:12
375
22
Sen
17:12



Ceyhun Bayramov AQEM XİN başçılarının qeyri-formal görüşünə qatılıb
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) xarici işlər nazirlərinin qeyri-formal görüşündə iştirak edib.

Nazirlikdən Xeberoxu.Az-a verilən xəbərə görə, Qazaxıstanın sədrliyi ilə keçirilmiş görüşdə, nazir Ceyhun Bayramov çıxış edib. Qlobal təhlkəsizliyə, sabitliyə, iqtisadi inkişafa qarşı artan çağırışlar nəzərə alınmaqla regional qarşılıqlı əlaqəyə və əməkdaşlığa ehtiyacın artdığı çıxışda bildirilib. Bu kontekstdə, AQEM-in dialoqun və əməkdaşlığın təşviq edilməsi, etimadın qurulması, bununla da bölgədə təhlükəsizliyin və rifahın təmin edilməsi üçün əhəmiyyətli platforma olduğu qeyd edilib.

 

Çıxış zamanı, regional və beynəlxalq təhlükəsizliyin, habelə sabitliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət edilməsinin möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

 

Etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün AQEM prosesinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, ölkəmizin AQEM-də əlaqələndirməsini həyaya keçirdiyi təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemləri üzrə etimad quruculuğu tədbirləri çərçivəsində AQEM üzv dövlətləri arasında nəqliyyat və bağlantıları fəal surətdə təşviq etdiyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və tranzit dəhlizlərini irəlilətdiyi bildirilib. Bu kontekstə, 44 günlük Vətən müharibəsindən sonra Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Zəngəzur dəhlizinin qısa zamanda açılmasının bölgədə sülh və sabitliyə töhfə verilməsi, eləcə də yerli, regionlararası və trans-regional ticarətin inkişaf etdirilməsi baxımından vacib olduğu xüsusi vurğulanıb.

 

Görüş zamanı, AQEM-in Astana şəhərində keçiriləcək Sammitinə hazırlıq məsələləri müzakirə olunub.

Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Azyaşlı qızın sırğasını oğurlayanlar SAXLANILDI








Qanunsuz gətirilən külli miqdarda "iPhone" belə yaxalandı -FOTO








Dəhşətli qəzada yaralananların səhhəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNDİ








65 yaşlı kişi özünü elektrik naqili ilə asdı



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.