XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



22 Fev
2021
22:30
446
22
Fev
22:30



Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb

22 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambelyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov Milli Assambleyanın üzvlərini salamlayaraq, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edib. Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verdiyini qeyd edib. Fransanın bölgədə hər zaman fəal olduğu və bütün istiqamətlərdə məsələlərin qarşılıqlı anlaşma və dialoq vasitəsilə inkişaf etdiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, işğal faktorunun aradan qaldırılmasının iki dövlət arasında münasibətlərin normallaşması üçün əsas təşkil etdiyi, üçtərəfli bəyanatların həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verdi. Beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasının mümkün olduğu qeyd olundu.

Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula, eləcə də təqdim edilən məlumata görə təşəkkürlərini ifadə etdilər. İki ölkənin parlamentləri arasındakı münasibətlərin dostluq prinsiplərinə söykəndiyini bildirdilər. Hazırkı səfərlərini bölgədə mövcud olan vəziyyətlə tanış olmaq, Azərbaycanın mövqeyi barədə məlumat əldə etmək baxımından faydalı qiymətləndirdilər.

Görüşün sonunda nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı







Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb







Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı







Şirvanda minik avtomobili yanıb


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.