Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
18:29
258



Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlir.  

Diasporla İş üzrə Dövlət Komitəsindən XeberOxu.Az-a daxil olan xəbərə görə, Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

 Qeyd edək ki, əslən fransalı olan C.Hacıbəylinin gəlini Paskal Buşe Sarbonna Universitetinin məzunudur, Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyir, ixtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır. 

1993-cü ildə həyat yoldaşı vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsi və Azərbaycanla əlaqələrini davam etdirib. O və oğlu Benjamin axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.

Xatirladaq ki, Vətəni və milləti üçün böyük işlər görmüş Ceyhun Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaktoru olub, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb. 1962-ci ildə vəfat edən C.Hacıbəyli Parisin Sen-Klu məzarlığında dəfn edilib. 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə “Diaspor Gənclərinin I Yay Düşərgəsi”ni təşkil edib. 

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Mədəniyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]