XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



12 Yan
2021
15:37
802
12
Yan
15:37



DİN əməliyyat keçirib: Dolları rəsmi məzənnədən baha satan şəxs tutulub -Video

Ölkəmizdə yaradılmış azad bazar iqtisadiyyatı mühitindən sui-istifadə hallarına yol verən, həmçinin dövlətin ədalətli fiskal siyasətindən şəxsi məqsədləri çərçivəsində yararlanan şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Bankın müraciəti əsasında növbəti əməliyyat tədbiri həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, nəticədə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Nemət Məmmədov 40000 (qırx min) ABŞ dollarını 69900 (altmış doqquz min doqquz yüz) manata satan zaman polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, saxlanılan şəxs 1 ABŞ dollarını rəsmi dövlət məzənnəsindən yuxarı, yəni 1 manat 74 qəpiyə satışa çıxarıb.

Araşdırma zamanı Nemət Məmmədovun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olması məlum olub və ondan qeyri-qanuni valyuta mübadilələri zamanı istifadə etdiyi maddi sübutlar, külli miqdarda yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərçələri və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə onun müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əsginaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olması və bu yolla külli miqdarda gəlir əldə etməsi sübuta yetirilib.

Saxlanılan şəxsin etdiyi hüquqazidd əməllər barədə qanunamüvafiq tədbirlər görülüb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -Video







Cəlilabadda qadın əri tərəfindən öldürüldü







Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub







Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.