Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
01:22
168



DGK-da ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində (DGK) Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

DGK-dan XeberOxu.Az-a verilən məlumata görə, görüşdə komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması, gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib.

Görüşdə Azərbaycan-Gürcüstan sərhədində tikilməsi planlaşdırılan və “one stop” prinsipinə əsaslanan “İpək Yolu” gömrük-sərhəd keçid məntəqəsində texniki ehtiyaclarla bağlı ABŞ tərəfinin təcrübəsindən yararlanmağın mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sözügedən gömrük-sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi Qara dənizlə Xəzər dənizi arasında yüklərin maneəsiz və sürətli daşınmasına münbit şərait yaradacaq.

Sonra nümayəndə heyət DGK-nin Hədəf Mərkəzi ilə tanış olub.

Qonaqlara Mərkəzin fəaliyyət istiqamətləri, imkanları, gömrük-sərhəd keçid məntəqələrində istismar edilən yük yoxlama sistemləri və baxış texnikası vasitəsilə əldə edilən təsvirlərə ikinci nəzarətin həyata keçirilməsi və digər məsələlər barədə məlumat verilib. Eyni zamanda, ABŞ tərəfindən reallaşdırılan müxtəlif layihələr çərçivəsində Azərbaycan gömrük orqanlarına texniki dəstəyin göstərilməsi, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində beynəlxalq treninqlərin təşkili və yaxın gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, beynəlxalq dəniz limanlarında gömrük işinin təkmilləşdirilməsi və bu sahədə ABŞ-da əldə edilən qabaqcıl təcrübənin öyrənilməsi imkanları müzakirə edilib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]