XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
14:28
515
07
Apr
14:28



DGK-nin yeni layihəsi təqdim olundu -FOTOLAR

Aprelin 7-də Dövlət Gömrük Komitəsinin “Ticarət Statistikası Portalı” layihəsinin təqdimatı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən təqdimat mərasimində Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov, Komitənin aidiyyəti strukturlarının əməkdaşları və jurnalistlər iştirak edib.

Anar Süleymanov bildirib ki, Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə mütəmadi olaraq informasiya texnologiyalarına əsaslanan innovativ layihələr həyata keçirir. “Ticarət Statistikası Portalı” da gömrük orqanları tərəfindən hazırlanan növbəti layihədir.
Vurğulanıb ki, “Ticarət Statistikası Portalı”nı yaratmaqda əsas məqsəd maraqlı tərəflər üçün Azərbaycan Respublikasının ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir.

Anar Süleymanov diqqətə çatdırıb ki, bu portal Xarici İqtisadi Fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda, vahid rəqəmsal məkanda statistik məlumatları əldə etmək imkanı verəcək. Portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək onların daha dəqiq biznes araşdırması aparmasına dəstək olacaq. Bu da öz növbəsində ticarətdə rəqabət qabiliyyətliliyin artırılmasına zəmin yaradacaq.

O da qeyd olunub ki, portalin təqdim etdiyi digər yenilik Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri haqqında məlumatları daha müasir formatda maraqlı tərəflərə çatdırmaqdır. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə bağlı idxal və ya ixrac zamanı malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər və sənədi verən orqanın adı portal vasitəsilə publik qaydada təqdim olunur.

Daha sonra Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov xüsusi təqdimatla portal barədə ətraflı məlumat verib.

“Ticarət Statistikası Portalı”nı Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi hazırlayıb və portala “www.stats.customs.gov.az” elektron  ünvanı vasitəsilə daxil olmaq mümkündür.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Prokurorluq: Ağdamda mina partlayışı ilə bağlı araşdırma aparılır








Xızıda “Qrad” mərmisi aşkarlandı








Ağdamda qoyun otaran sakin minaya düşüb








Bakıda yanğın olub, iki nəfər zəhərlənib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.