Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyun
2019
22:05
1413

04
Iyun
22:05



DOST mərkəzinə 5000-ci vətəndaş müraciəti qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 5000-ci vətəndaş müraciəti qeydə alınıb.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, müraciəti paytaxtın Yasamal rayon sakini Zümrüd Şıxıyeva edib. Vətəndaş I dərəcə əlilliyi olan şəxsə qulluq edən şəxs kimi ona Prezidentin aylıq təqaüdünün təyin olunması ilə bağlı DOST mərkəzinin xidmətindən faydalanıb.

5000-ci müraciətin sahibi olan Z.Şıxıyevaya bununla əlaqədar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib. Z.Şıxıyeva dövlət sosial xidmətlərini “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim edən belə bir mərkəzin açılmasından, burada ona göstərilən xidmətdən məmnun olduğunu vurğulayıb.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 350-dən çox vətəndaş müraciəti qeydə alınır.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az