Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Sen
2020
13:44
2807
16
Sen
13:44



DSMF: Əmək pensiyasının maksimum məbləğinə məhdudiyyət qoyulmayıb

Əmək pensiyasının məbləği vətəndaşın gəlirlərindən ödədiyi sığorta haqqından asılı olduğu üçün pensiyanın maksimum məbləğinə məhdudiyyət qoyulmayıb, yəni vətəndaş nə qədər çox kapital toplayarsa, ödənişinin qarşılığında bir o qədər də çox pensiya ilə təmin olunur.

XeberOxu.Az-ın məlumatına görə,  bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Bu məbləğ (staja görə yaranan kapital) indeksləşdirilir. 2006-cı ildən sonrakı bütün illərin indeksləşmə əmsalına uyğun olaraq aparılır. 2006-cı ilədək 25 il və ya daha çox stajı varsa, qeyd olunan qaydada kapitala çevrilir və pensiyanın məbləği hesablanır. Hesablanmış pensiyanın məbləği minimum pensiyadan az olduqda minimuma çatdırılmaqla ödənilir:

"Yaşa görə minimim kapital tələbi 01.07.2018-ci ilədək 1 qəpikdir. Belə ki, 2019-cu ilin yanvarın 1-dən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, 2006-cı ildən sonra 2018-ci ilin iyunun 1-dək fərdi hesabında bir qəpik belə olsun pensiya kapitalı olan şəxslərin hər birinə 25 il sığorta stajı hədiyyə edilməklə əmək pensiyası təyin olunur.

Yaşa görə ümumi əsaslarla pensiyanın sığorta hissəsi 01.01.2006-cı ilədək staja əsasən formalaşan kapitalla 01.01.2006-cı ildən sonra ödəmiş olduğu sığorta haqlarına əsasən formalaşan kapitalın cəminin 144-ə nisbəti şəklində hesablanır. Belə ki, əmək pensiyalarının məbləği 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin yanvarın 1-dən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan və 2006-cı ildən sonrakı dövr ərzində sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır".

R.Mehdili əlavə edib ki, ümumi əsaslarla yaşa görə pensiya təyinatı üçün vətəndaş pensiya yaşına çatılmalıdır, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Fərdi hesabın sığorta hissəsində pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə şəxsin azı 25 il sığorta stajı olmalıdır. 2020-ci il iyulun 1-dən pensiya təyin olunması üçün yaş həddi kişilərdə 65, qadınlarda isə 62 yaş müəyyən edilib. Hazırda ölkəmizdə minimum pensiya məbləği 200 manat təşkil edir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







BNA ilk dərs günü ilə bağlı vətəndaşlara müraciət edib







Cəlilabadda yol polisi təhlükəsizlik tədbirlərini gücləndirir







BŞTİ müdiri: 18 məktəb direktoru ilə əmək müqaviləsinə xitam verilib







“Rəqəmsal Jurnalistikaya doğru” proqramının 2-cisi reallaşdırılacaq


Digər Ən çox oxunanlar xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.