XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

01 Avq
2022
18:33
509
01
Avq
18:33



DSMF rəsmisinin xidməti avtomobili sərxoş sürməsi iddialarına - DİN-dən münasibət

Sosial şəbəkələrdə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran Regional filialının müdiri İlqar Səmədovun Göyçayda dövlət tərəfindən ayrılmış avtomobili sərxoş vəziyyətdə idarə etməsinə dair iddialar yayılıb. Qeyd edilib ki, o, yol polisinin "saxla" əmrinə tabe olmayıb və polis əməkdaşları onu evindən Göyçay RPŞ-ə aparıblar.

Xeberoxu.Az  Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.

“Göyçay şəhər sakini İlqar Səmədovun guya sərxoş vəziyyətdə avtomobil idarə etməsi və polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymaması barədə edilən paylaşımlar əsassızdır.

Belə ki, iyulun 27-də axşam saatlarında  həmin şəxs Göyçay şəhəri ərazisində idarə etdiyi nəqliyyat vasitəsinin ön oturacağında 12 yaşına çatmayan azyaşlı əyləşdirdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci ( sərnişin daşıma qaydalarının pozulması ) maddəsi ilə protokol tərtib edilib”.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər SOSİAL xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.