DYP: "Texniki baxış şöbələri bayram günlərində də işləyəcək"
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı əlaqədar 31 dekabr - 4 yanvar tarixləri qeyri-iş günləri olsa da, polis əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Bu barədə "Report"a BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
O bildirib ki, bayram günlərində vətəndaşların boş vaxtlarının digər günlərə nisbətən daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, eləcə də nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə BDYPİ-nin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri qeyri-iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək: “Nəqliyyat vasitələrinin texniki sazlığı yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərən amillərdən biridir. Təəssüf ki, tez-tez eşitdiyimiz yol qəzaları bəzən də avtomobillərin nasazlığı ucbatından baş verir. Ona görə nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması hər şeydən əvvəl özümüzə lazımdır. Odur ki, avtomobil sahibləri və sürücülər münasib vaxtdan yararlanıb nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər”.
Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.