Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
18:56
291

02
Dek
18:56



Daha 4 “ASAN xidmət” mərkəzində elektrik şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına uyğun olaraq, Masallı, Quba, Bərdə və Mingəçevir rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində Texniki Şura fəaliyyətə başlayıb. Texniki şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulma proseslərinin daha da sadələşdirilməsindən ibarətdir.

XeberOxu.Az-ın məlumatına görə,  Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə AERA, “ASAN xidmət” və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.

Bu günə kimi sahibkarların elektrik şəbəkəsinə qoşulması üçün 1 saylı Bakı “ASAN Kommunal”, 2 saylı Bakı “ASAN Kommunal”, Sumqayıt “ASAN xidmət”, Gəncə “ASAN xidmət”, Sabirabad “ASAN xidmət”, İmişli “ASAN xidmət” mərkəzlərində xidmətlər göstərilirdi. Bununla da Texniki şuraların sayı 10-a çatıb.

Qeyd edək ki, bu tədbirlər adıçəkilən Fərmana uyğun olaraq “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində mövcud Texniki şuraların tərkibində dəyişikliklər edilməsi və yeni Texniki şuraların formalaşdırılması haqqında Energetika naziri Pərviz Şahbazovun 2019-cu il 22 iyul tarixli əmri ilə təsdiq olunub. Həmçinin bu, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.