Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
19:50
219

08
Noy
19:50



Daimi nümayəndə: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın ən vacib xarici siyasət prioritetlərindəndir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın ən vacib xarici siyasət prioritetlərindəndir.

XeberOxu.Az-ın  məlumatına görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasının iclasında deyib.

O bildirib ki, Dağlıq Qarabağ probleminin həlli yollarının tapılmasında kollektiv vasitəçi qismində ATƏT Minsk qrupunun həmsədrlərinin səyləri yüksək qiymətləndirilir:

“Vasitəçilərin fəal işi tərəflər arasında nizamlanmanın əsas aspektləri üzrə təmas nöqtəsinin tapılmasına yönəlmiş intensiv dialoqun dəstəklənməsinə kömək edir”.

A.Lukaşeviç Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və sərhəddə nisbi sabitliyin saxlanmasını qeyd edib:

“Bu, tərəflərin danışıqlar masası arxasında kompromis axtarmaqda maraqlı olmasının işarəsidir. Biz əminik ki, atəşkəs rejiminin dəstəklənməsi və möhkəmlənməsi ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasının səmərəliliyinə xidmət edəcək. Jurnalistlərin qarşılıqlı səfərləri və saxlanan şəxslərin dəyişdirilməsi üzrə tədbirlər nizamlama prosesi üçün vacib olan etimad mühitinə töhfə verə bilər”.

Daimi nümayəndənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə razılaşdırılmış, qoşunların təmas xəttində və sərhəddə ATƏT tərəfindən müşahidə imkanlarının genişləndirilməsi prinsiplərinə qayıtmaq faydalı ola bilər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az