XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



23 Yan
2021
15:02
774
23
Yan
15:02



Pandemiyada ölüm hallarının qarşısının alınması ilə bağlı layihənin ilk koordinasiya görüşü keçirilib

Ötən gün ÜST-nin Azərbaycan Nümayəndəliyi "PROACT-Care - COVİD-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması" layihəsinin milli və beynəlxalq tərəfdaşları ilə birinci onlayn koordinasiya görüşü keçirib.

Bu barədə TƏBİB-dən bildiriblər. Görüşdə ötən ilin avqust və dekabr aylarında baş tutmuş ehtiyacların qiymətləndirilməsi missiyalarının nəticələri tərəfdaşlarla paylaşılıb, Şamaxı və digər rayonlarda ilkin səhiyyə xidmətinin uzunmüddətli perspektivlərinə dair təqdimat keçirilib və atılacaq növbəti addımlar müzakirə edilib. Təqdimatlarda dayanıqlı ilkin səhiyyə modelinin yaradılmasının insanların həyatlarının xilas edilməsi və iqtisadi itkilərin qarşısının alınmasındakı əhəmiyyəti vurğulanıb.

Video görüşdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Dr. Ramin Bayramlı, ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr. Hande Harmancı, TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Dr. Firəngiz Əliyeva, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Dr. Teymur Musayev mövzu ətrafında çıxış edib.

Tədbirdə həmçinin layihənin digər tərəfdaşları, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Dr. Fərid Babayev, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Ehtiram Rüstəmzadə, layihənin donorları olan USAID, UK Aid, RoAid və digər təşkilat və tibbi qurumların təmsilçiləri iştirak edib.

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı







Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı







Həftə sonu yol qəzalarında 4 nəfər ölüb







Hacıqabulda istixana yandı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.