XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



23 Yan
2021
15:54
828
23
Yan
15:54



"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqləri üzrə proqnozu "mənfi"dən "stabil"ə yüksəldib, eyni zamanda yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində saxlayıb.

XeberOxu.Az  bu barədə agentliyin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycanın reytinqinin daha da yüksəlməsi üçün xarici ticarət balansı profisitinin gözləntiləri üstələməsi, və ya ölkədə pul-kredit siyasətinin daha səmərəli olması, bank sektorunun möhkəmlənməsi üçün hökumətin bir sıra struktur islahatları keçirməsi lazımdır

Agentlik hesab edir ki, Azərbaycanın büdcə və xarici fond mövqeləri karbohidrogenərin ucuz qiymətləri və koronavirus pandemiyasının səbəb olduğu iqtisadi ləngimələrə baxmayaraq, "BB" kateqoriyalı dövlətlər sırasında ən güclülərdən biridir. 2021-2024-cü illər üçün ÜDM-in təxminən 74 faizi səviyyəsində proqnozlaşdırılan iri likvid dövlət aktivləri bundan sonra iqtisadi və maliyyə çalxalanmalarından qoruyacaq:

"Neft qiymətləri və hasilatla bağlı proqnozlar, eləcə də Azərbaycanın OPEC+ sazişində iştirakı nəzərə alınaraq biz gözləyirik ki, ortamüddətli perspektivdə xarici daxilolmalar və büdcə gəlirləri artacaq və erməni işğalından azad edilmiş ərazilərdə bərpa üzrə hökumət tədbirləri fiskal axına mülayim təsir göstərəcək".

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı







Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı







Həftə sonu yol qəzalarında 4 nəfər ölüb







Hacıqabulda istixana yandı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.