23 Yan 2021
16:50
![]() |
23
Yan 16:50
![]() "Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie" "Dostluq" yatağının birgə işlənməsi barədə imzalanmış anlaşma memorandumu Azərbaycan və Türkmənistanın Xəzər dənizində birgə əməliyyatlarının təşkil olunasının başlanğıcı ola bilər. Bunu "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman deyib. O bildirib ki, "Dostluq" Cənubi Xəzərin mübahisəli sularında yerləşən ən iri neft-qaz resursudur. Yatağın ikitərəfli əməkdaşlıq əsasında işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq. Neft ixracı Azərbaycan vasitəsilə tranzit yolu ilə reallaşdırıla bilər: "Yataq Azərbaycanda AÇG və Türkmənistanda "Petronas 1" blokları arasındakı məhsuldar karbohidrogen təbəqəsində yerləşir". Analitik əlavə edib ki, bu layihənin inkişaf edəcəyi təqdirdə razılaşdırılmalı olan bir çox detallar var, bu detallardan biri birgə investisiyalar üçün iqtisadi şəraitin yaradılmasıdır. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib
“Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Paytaxtda 67 yaşlı qadını maşın vurdu
|