23 Yan 2021
16:54
![]() |
23
Yan 16:54
![]() Paytaxtda təmizliklə bağlı iməclik keçirilib Bakı şəhərinə yağan ilk qardan sonra paytaxtın kommunal və digər qurumları tərəfindən Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib. Qar yağmış ərazilərdəki prospekt, küçə və yollar xüsusi təyinatlı avtonəqliyyat vasitələri və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, qarın çox yağdığı ərazilərə duz səpilib. Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib ki, ötən gün ərzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə qardan təmizlənən ərazilərdə təmizlik işlərinin həyata keçirilib. Ərazinin genişliyi nəzərə alınaraq yanvarın 23-ü Bakı şəhərində paytaxtın bütün kommunal və digər qurumlarının iştirakı ilə daxili iməclik təşkil edilmişdir. İlk növbədə əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub, qarşısı təmizlənib. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. Qeyd edilmişdir ki, ölkə başçısınin diqqət və qayğısı nəticəsində paytaxtın kommunal xidmətləri üçün lazımı xüsusi təyinatlı texnika və avadanlıq alınmışdır. Bu da onların gündəlik işinə böyük köməkdir. Gün ərzində keçirilən iməclik paytaxtın bütün rayonlarında təşkil edilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər davam etdiriləcəkdir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib
“Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Paytaxtda 67 yaşlı qadını maşın vurdu
|