XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



22 Iyul
2021
22:05
1319
22
Iyul
22:05



Daşkəsənin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara verilib - YENİLƏNİB

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb.

Xeberoxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.

Qeyd edək ki, Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-1960-cı illərdə yaradılmışdı. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” şəhər sakinlərinin yalnız 43 faizinə xidmət göstərirdi. Şəhər əhalisi içməli suyu qrafiklə alırdı, sakinlərin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.

Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən bu layihə isə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 12 min nəfərin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Daşkəsən şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün Qarainək bulaqları və Gurbulaq su mənbəyində 5 suqəbuledici qurğu inşa edilib. Mənbədən şəhərə 20 kilometrdən çox uzunluğu olan magistral su kəməri çəkilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Hazırda yeni yaradılmış su təchizatı sistemi ilə şəhərin 10 mindən artıq sakini fasiləsiz içməli su ilə təmin edilir. Layihə çərçivəsində Daşkəsən şəhərində 11,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də qurulub. Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib. Yeni yaradılmış infrastruktur hesabına rayonun Alunitdağ qəsəbəsinə də içməli suyun verilməsi təmin edilib.

14:26

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb.

Xeberoxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.