XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



22 Iyul
2021
23:45
1253
22
Iyul
23:45



Qara Qarayev: "Səfərdə qalib gəlməyə köklənəcəyik"

"Azarkeşlərimizə təşəkkür etməyə borcluyam. Uzun fasilədən sonra bizi tribunada dəstəklədikləri üçün onlara minnətdaram".

Xeberoxu.Az-in məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, isti hava şəraiti və stadionun ot örtüyünün istənilən kimi olmaması çətinlik yaşadıb: "90 dəqiqə intizamlı oynadıq. Qol fürsətlərindən istifadə etsəydik, daha yaxşı olardı. Şanslar bərabərdir. Səfər matçına daha yaxşı hazırlaşacağıq".

Təcrübəli oyunçunun sözlərinə görə, ilk matçlarda komanda fiziki baxımdan tam hazır olmur: "Düşünürəm ki, baş məşqçinin tapşırıqlarını 85 - 90 faiz yerinə yetirdik. Getdikcə hər şey daha yaxşı olacaq. Oradakı hava şəraitini də düşünürük. Yayın ən isti günlərini yaşayırıq. Bu da oyun keyfiyyətini aşağı salan havadır. Əlimizdən gələni etməyə çalışdıq. 100 faizlik imkanlarımız olsa da, yararlana bilmədik. Səfərdə qalib gəlməyə köklənəcəyik".

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.