XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



23 Iyul
2021
05:00
1468
23
Iyul
05:00



Prezident İlham Əliyevin Rusiyaya səfəri Türkiyə mediasının diqqət mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 Xeberoxu.Az xəbər verir ki, məlumatlarda diqqətə çatdırılır ki, dövlət başçıları Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, Azərbaycan-Rusiya əlaqələrinin inkişaf dinamikası, COVID-19-a qarşı mübarizə və s. məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

“TRT Haber”, “TRT Avaz”, “Haber Global” telekanalları, “Sabah”, “Milliyet”, “Takvim” qəzetləri və digər media qurumları tərəfindən yayılan məlumatlarda səfər barədə türkdilli ictimaiyyətə geniş məlumat verilib.

Türkiyə mediası Azərbaycan ilə Rusiya arasında cari ilin birinci yarısında əmtəə dövriyyəsinin artdığını, eləcə də regiondakı yeni vəziyyətin əhəmiyyətini xatırladaraq Prezident İlham Əliyevə istinadla yazır: “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq.”

Məlumatlar orijinal video və fotolarla təqdim olunub.


Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.