Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
12:42
1021
20
Noy
12:42



Deputat: “Azərbaycançılıq” Мemorial Кompleksi təşkil olunsun”

“Yaxın beş il müddətində Azərbaycanın bütün inzibati vahidlərində qəhrəmanlıq salnaməsini əks etdirən müasir “Azərbaycançılıq” Мemorial Кompleksi təşkil olunsun”. 

Bu təkliflə Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edib.

XeberOxu.Az-ın məlumatına görə,Deputat  bildirib ki, minlərlə ləyaqətli Azərbaycanlılar igidlik nümayiş etdirərək, öz canları və qanları hesabına tariximizin qəhrəmanlıq salnaməsini yazmış və Vətənin bundan sonra da göz bəbəyi kimi qorunmasını gələcək nəsillərə miras qoymuşlar: 

“27 sentyabr 2020-ci il tarixində başlayan Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalmış övladlarımızın da qanı yerdə qalmayacaq, onların adları daima əbədiləşdiriləcək. Müharibədə şücaət göstərmiş əsgərlərimiz, arxa cəbhədə onlar qədər yuxusuz qalmış el oğullarımız, eləcə də bütün Azərbaycan xalqı əminəm ki, hər bir şəhidimizə diqqət və böyük hörmət nümayiş etdirəcək, dövlətimizin qorunması və ərazi bütövlüyümüzün bərpasında onların göstərdikləri qəhramanlıq tariximizin şanlı səhifələrində öz layiqli yerini tutacaq və təbliğ olunacaqdır.

Bu gün Azərbaycanın elə bir rayon və kəndi yoxdur ki, onun Qarabağ-Vətən Müharibəsində ruh yüksəkliyi ilə iştirak edən vətənpərvər övladlarından şəhadət zirvəsinə yüksəlməyənlər olsun. Buna görə də şəhid igidlərimizin xatirələrini əbədiləşdirmək üçün ölkəmizin hər bir şəhər və rayonunda Qarabağ-Vətən Müharibəsinin şəhidlik memorial kompleksinin yaradılmasına dair konsepsiya hazırlansın, dövlət proqramı işlənilsin”

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Füzuli rayonunda minaya düşmüş şəxslərin ölümlərindən əvvəl çəkdikləri son VİDEO







Birinci Qarabağ Müharibəsinin “Qəqəni” ləqəbli igidi növbəti dəfə tarix yazdı - VİDEO







“Ermənilər sülhməramlılara yaltaqlanır”- Siyasətçi







Ağdamın Cümə məscidinin axundu vəfat edib


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.