Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
18:15
315

02
Dek
18:15



Deputat: Genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz

Son dövrlərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar hər bir sahədə möhtəşəm uğurlara və yeniliklərə meydan açıb.

XeberOxu.Az-ın məlumatına görə,  Bunu Trend-ə Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Deputat qeyd edib ki, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də məhz ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır:

“Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən islahat xarakterli qərarlar inqilabi səciyyə daşıyır. Bu islahatlar xalqımız tərəfindən təqdir edilir, dəstəklənir.

İslahatların möhtəşəm nəticələrini həyatımızın ən müxtəlif sahələrində aydın şəkildə görə bilərik. Təbii ki, bu genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz. Partiyamız da haqlı olaraq belə bir təşəbbüs irəli sürüb. Bu təşəbbüs ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara dəstək məqsədi daşıyır.

Bununla partiyamız bir daha bütün məsələlərdə dövlətçilik maraqlarından çıxış etdiyini göstərir. Partiyamız hər zaman olduğu kimi, yenə də Sədrimizin, dövlət başçımızın həyata keçirdiyi siyasəti açıq şəkildə dəstəklədiyini, bu siyasətin daha böyük və uğurlu nəticələr verməsi üçün üzərinə düşən qərarları almaqda qətiyyən tərəddüd etmədiyini sübuta yetirir”.

 

S.Qafarovanın sözlərinə görə, digər tərəfdən Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə bir siyasi mədəniyyət, davranış nümunəsi ortaya qoydu:

“Bununla da həm siyasi sistemimizdə, həm də parlamentin fəaliyyətində yeni bir ənənə meydana gəlir. Öz fəaliyyətində hər zaman yeniliklərə, müasirliyə açıq olan Yeni Azərbaycan Partiyası bu gün daha bir ilkə imza atır. Bunun Azərbaycan dövlətçiliyi və xalqımız üçün xeyirli, uğurlu olacağına inanıram”.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin, bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.